Press "Enter" to skip to content

MEK-in “İnformasiya bülleteni”nin növbəti sayının nəşri

MEK-in “İnformasiya bülleteni”nin növbəti sayının nəşri

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “İnformasiya bülleteni”nin 2025-ci ilin dördüncü rübünü əhatə edən sayı işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “nəşrdə bu dövrdə kitabxanaya daxil olmuş Azərbaycan və xarici dillərdə kitablar, dövri və ardı davam edən nəşrlər, həmçinin avtoreferatların biblioqrafik göstəriciləri təqdim edilir. İstifadənin rahatlığını təmin etmək məqsədilə materiallar elm sahələri üzrə qruplaşdırılıb və əlifba sırası ilə sistemləşdirilib. Bülletendə kitabxananın Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyevin “Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100” adlı məqaləsi də yer alıb”.

Ardınca xəbərdə, “məqalədə Azərbaycanda kitabxana işinin formalaşması, Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi irsin qorunmasına xidmət edən layihələrin həyata keçirilməsi və müvafiq sərəncamların qəbulu, həmçinin MEK-in tarixi inkişaf yolu, müasir fəaliyyəti, ölkə elminə verdiyi töhfələr, maarifçilik missiyası və elektronlaşdırma istiqamətində atılan mühüm addımlar ətraflı şəkildə işıqlandırılır. “İnformasiya bülleteni”nin sonunda isə oktyabr–dekabr aylarında kitabxanada keçirilmiş tədbirlərin xronikası ilə daha ətraflı tanış olmaq üçün oxuculara QR-kod vasitəsilə keçid imkanı yaradılıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.