Press "Enter" to skip to content

Turizmdə 3 bayram və ara tətil həyəcanı

Antalya

BAYRAQDAR MEDİA – Bu il Ramazan bayramı məktəblərin ara tətili ilə üst-üstə düşür. Ramazan bayramından sonra Novruz, daha sonra isə Pasxa bayramı qeyd olunacaq. 2026-cı il turizm mövsümünü ara tətil və Ramazan bayramı ilə açacaq hotellərdə sənətçilər də səhnəyə çıxacaqlar.

Bu barədə gunhaber.com.tr saytının məlumatında qeyd olunur.

Bildirilir ki, 2025-ci ili bütün zamanların rekordu ilə başa vuran və yanvar ayında da ən yüksək turist sayına çatan turizm sektoru 2026 mövsümünə erkən start verməyə hazırlaşır: “Martın 14-dən etibarən məktəblərdə ara tətil başlayır və 19–22 mart tarixlərində Ramazan bayramı ilə birləşir. Bu dövrdə xüsusilə İran və Türk respublikalarından turistlərin maraq göstərdiyi Novruz bayramı qeyd olunur. Martın sonu və aprelin ortalarınadək isə Avropa ölkələrində Pasxa tətili başlayır. Turizmçilər 2026-cı ilə ümidlə baxaraq mövsümü Ramazan, Novruz və Pasxa olmaqla üç bayramla açacaqlarını bildirirlər”.

Məlumata əsasən, Ramazan bayramı tətili üçün daxili turizmdə Antalya və KKTC istiqamətində hava şəraitindən asılı olaraq hərəkətlilik gözlənilir: “Bir çox istirahətçi artıq rezervasiya etsə də, sektor nümayəndələri son dəqiqə sifarişlərinin daha intensiv olacağını proqnozlaşdırırlar. 14–22 mart tarixlərini əhatə edən 9 günlük istirahət dövründə də Antalya və KKTC ən çox maraq göstərilən bölgələr olacaq. Hotellərdə bayram konsert proqramları da açıqlanıb. Profesyonel Otel Yöneticileri Derneği sədr müavini Ercan Çek bildirib ki, 2025-ci il 64 milyon turist və 65 milyard dollar gəlirlə rekord il olub. Onun sözlərinə görə, xərclər və valyuta təzyiqlərinə baxmayaraq, Türkiyə turist sayına görə dünyada dördüncü, gəlirə görə isə yeddinci yerdədir. Çek qeyd edib ki, 2026-cı il də ötən ilin müsbət siqnalları ilə başlayır və mart ayı yay mövsümünə uğurlu start verəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.