BAYRAQDAR MEDİA – Türkiyənin bir çox bölgələri yenidən qara təslim olub. Belə ki, Erzurumda martın 4-də səhər saatlarından başlayan və fasilələrlə davam edən qar güclənib.
Bu barədə erzurumajans.com saytı məlumat yayıb.
Məlumata görə, şəhərdə qarın qalınlığı 53 santimetrə çatıb, gecə temperaturu -10 dərəcə olub: “Binaların damında buz salxımları yaranıb, bələdiyyə qar təmizləmə işlərini davam etdirir. Qarsda da qar şəhər mərkəzini yenidən ağ örtüyə bürüyüb. Sürücülər avtomobillərinin üzərində yığılan qarı təmizləyib, piyadalar hərəkətdə çətinlik çəkib. Sarıkamış rayonunda qarın qalınlığı 1,5 metri keçib, texnikalar yolların açılması üçün səfərbər olunub. Akyaka rayonunda isə şaxta nəticəsində iri buz salxımları əmələ gəlib”.
Məlumatda deyilir ki, Ardahanda soyuq hava qarla əvəzlənib, buzlanma səbəbindən bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşib, bəzi yük maşınları Ardahan–Çamlıçatak yolunda gözləməli olub.






İlk şərhi yaza bilərsiniz