Press "Enter" to skip to content

“Füyuzat” dərgisinin 147-ci sayı işıq üzü görüb

BAYRAQDAR MEDİA – “Füyuzat” dərgisinin yeni sayı işıq üzü görüb.

Redaksiyadan verilən məlumata görə, jurnalın 147-ci sayı “Redaksiyadan” sərlövhəli yazı ilə açılır: “Dərgidə Ergün Qaracalının “Yeni türk əlifbasının mədəni inqilabı” və Mahir Qəribovun “Ə.Ağaoğlunun “Son Posta” qəzetindəki yazıları” adlı araşdırmaları, Muxtar Cəfərlinin “Cığırlarda qoyduğumuz izlər” və Füzuli Sabiroğlunun “Unudulmuş İrəvan türbəsi” başlıqlı məqalələri, Tural İsmayılovun “Şəhərsalma və memarlıq ili” adlı yazısı yer alır. Bundan başqa oxucular bu sayda Dilqəm Əhmədin “Əbdülqadir İnan və Azərbaycan” başlıqlı araşdırmasını, Orxan Vəliyevin “Mən kiməm?” adlı essesini, Fidan Vahidin “Siyasəti-Fürusət”: bədii qəhrəmanın yolu” və Ülviyyə Rəhmanın “Əliheydər Midhət Paşazadə” başlıqlı məqalələrini, İqrar Mədətlinin “Gözəlliklərə keçid – qapı” adlı bədii yazısını, Səma Öztürkün “Sənə bənzər” başlıqlı şeirini oxuya bilərlər”.

“Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa bilərsiniz. Qeyd edək ki, dərginin elektron versiyasını “litres.az” saytına müraciət edərək oxumaq mümkündür. Keçid vasitəsilə isə dərgiyə illik abunə ola bilərsiniz. Xoş mütaliələr!” deyə məlumatda sonda qeyd edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.