Press "Enter" to skip to content

Birgə fəaliyyətin önəmi vurğulanıb

Görüş zamanı

Azərbaycan və KKTC QHT-ləri arasında görüş keçirilib

BAYRAQDAR MEDİA – Martın 4-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri Platformasının təşəbbüsü, Azərbaycan Milli QHT Forumunun texniki və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Azərbaycan Respublikasındakı nümayəndəliyinin institusional dəstəyi ilə “Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti QHT-lərinin əməkdaşlıq perspektivləri” mövzusunda onlayn görüş keçirilib.

"Orta Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal
“Orta Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərlinin moderatorluğu ilə keçirilən görüşdə giriş sözü ilə çıxış edən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov Katibliyin yarandığı gündən etibarən həyata keçirdiyi fəaliyyətlər, perspektiv planlar, eləcə də KKTC QHT-ləri ilə mövcud əlaqələr barədə ətraflı məlumat verib. O, Katibliyin əsas məqsədinin türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə institusional dəstək göstərilməsi və bu təsisatların irəli sürdükləri birgə təşəbbüslərin effektivliyinin artırılması üçün əlaqələndirmə işlərinin yerinə yetirilməsi olduğunu vurğulayıb.

Kuzey Kıbrıs Tanıtım Platformu başqanı Okyay Sadıkoğlu
Kuzey Kıbrıs Tanıtım Platformu başqanı Okyay Sadıkoğlu

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün bu kimi görüşlərin keçirilməsinin vacibliyi barədə danışıb. Diplomat bildirib ki, burada səslənən təklif və tövsiyələr QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi üçün çərçivə sənədinin hazırlanmasında istifadə ediləcək.

CASCFEN sədri Nadir Azəri
CASCFEN sədri Nadir Azəri

Görüşdə çıxış edən QHT təmsilçiləri qadın sahibkarlığının inkişaf etdirilməsi, idman və gənclər sahəsində tədbirlərin keçirilməsi, mədəni irsin qorunması, miqrasiya və turizm mübadiləsinin intensivləşdirilməsi, iqtisadiyyatın müxtəlif istiqamətlərində fəaliyyət göstərən təşkilatlar arasında birbaşa əlaqələrin qurulması və bunun üçün birgə fəaliyyətlərin icra edilməsinin vacibliyi barədə danışıblar. Tədbir iştirakçıları informasiya mübadiləsinin genişləndirilməsini, beynəlxalq tədbirlərdə qarşılıqlı dəstəyin göstərilməsini və koordinasiyalı fəaliyyət mexanizmlərinin formalaşdırılmasını prioritet istiqamətlər kimi qiymətləndiriblər.

Çıxışçılar Platformanın roluna xüsusi diqqət çəkərək bildiriblər ki, bu təşəbbüs türk dünyasının vətəndaş cəmiyyəti institutlarının institusional əməkdaşlığını gücləndirəcək, onlar arasında həmrəyliyin möhkəmlənməsinə töhfə verəcəkdir.

Çıxışçılar Platformanın roluna xüsusi diqqət çəkiblər
Çıxışçılar Platformanın roluna xüsusi diqqət çəkiblər

Sonda iştirakçılar bu əlaqələrin gücləndirilməsi üçün görüşlərin intensivləşdirilməsi və ixtisaslaşmış QHT-lər arasında sahəvi görüşlərin davamlı keçirilməsi barədə razılığa gəliblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.