Press "Enter" to skip to content

KKTC-nin səsi bu dəfə Berlindən gəlir

BAYRAQDAR MEDİA – 3–5 mart 2026-cı il tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində “ITB Berlin 2026” sərgisi keçirilib. Bu, dünyanın ən böyük turizm sərgilərindən biri hesab olunur. Sərgidə Kuzey Kıbrıs da təmsil olunub.

Okyay Sadıkoğlu
Okyay Sadıkoğlu

Bu barədə BAYRAQDAR MEDİA-ya sərgidə iştirak edən Kuzey Kıbrıs Tanıtım Platforması başqanı Okyay Sadıkoğlu məlumat verib.

O, “Kuzey Kıbrıs Tanıtım Platforması – İş Dünyası, Turizm və Mədəniyyət Səfirləri qrupu olaraq biz də iştirak etdik. Ölkəmizin tanıdılması məqsədilə çoxsaylı görüşlər keçirərək bu prosesə öz töhfəmizi verməyə çalışdıq və intensiv iş qrafiki ilə sərginin son gününə gəlib çatdıq” deyə qeyd edib.

O.Sadıkoğlu bildirib ki, martın 5-də Kuzey Kıbrıs Türk Cumhuriyeti Turizm Nazirliyinin stendində mühüm bir görüşə ev sahibliyi ediblər: “Bu prosesdə bizə dəstək verən bütün dostlarımıza, xüsusilə də Kıbrıs qurucu sədri olduğum Müstəqil Sənayeçi və İşadamları Dərnəyi ailəsinə, həmçinin Kuzey Kıbrıs Türk Cumhuriyeti Turizm və Xarici İşlər nazirlərinə və onların dəyərli əməkdaşlarına təşəkkürümü bildirirəm”.

Okyay Sadıkoğlu Azərbaycan stendinin önündə
Okyay Sadıkoğlu Azərbaycan stendinin önündə

Yeri gəlmişkən, O.Sadıkoğlu sərgi əsnasında Azərbaycan stendinə də baş çəkib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.