Son yeniləmə: 18 Mart 2026
BAYRAQDAR MEDİA – Ardahan Universiteti region iqtisadiyyatını texnologiya ilə birləşdirəcək mühüm bir layihəyə başlanılıb. Gebze Sənaye Bölgəsi (GOSB) ilə universitet arasında imzalanan əməkdaşlıq protokolu çərçivəsində universitet kampusundakı Yaşam Mərkəzində Ardahan Texnoparkı yaradılacaq.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata əsasən, layihə sənaye təcrübəsi ilə akademik potensialı birləşdirərək universitet–sənaye əməkdaşlığının gücləndirilməsini hədəfləyir: “Texnoparkın fəaliyyətə başlaması ilə bölgədə yüksək əlavə dəyər yaradan istehsalın və ixtisaslı məşğulluğun artırılması planlaşdırılır. Universitetin rektoru Prof. Dr. Öztürk Emiroğlu bildirib ki, Texnopark aqrar və heyvandarlıq texnologiyalarına əsaslanan Agropark və Zoopark modeli üzrə inkişaf etdiriləcək. Onun sözlərinə görə, bu mərkəz yalnız texnologiya sahəsi deyil, həm də regionun iqtisadi inkişafına töhfə verəcək mühüm tədqiqat və innovasiya bazası olacaq”.






İlk şərhi yaza bilərsiniz