Press "Enter" to skip to content

Atatürk Universitetinin elmi uğuru

Atatürk Universiteti

BAYRAQDAR MEDİA – Atatürk Universiteti daha bir elmi uğur qazanıb. Belə ki, universitet beynəlxalq ali təhsil qiymətləndirmə qurumu QS-in “QS World University Rankings by Subject 2026” nəticələrinə görə strateji sahələrindən biri olan Kənd Təsərrüfatı və Meşəçilik (Agriculture and Forestry) üzrə dünya sıralamasında mühüm uğur qazanıb.

Bu barədə universitetdən məluat verilib.

Məlumata görə, 2025-ci il bu sahədə 401–475 bandında yer alan universitet bu il sıralamasını xeyli yaxşılaşdıraraq 301–350 aralığına yüksəlib: “Qlobal nailiyyətlə yanaşı, Türkiyə universitetləri arasında mövqeyi də güclənən Atatürk Universiteti 2025-ci ildə 7-ci pillədə olduğu halda, 2026-cı ildə 6-cı yerə yüksəlib. Bu irəliləyiş akademik məhsuldarlıq, istinad təsiri, beynəlxalq əməkdaşlıqlar və elmi nüfuz kimi göstəricilərdə əldə olunan nəticələrlə izah olunur. Rektor Prof. Dr. Ahmet Hacımüftüoğlu açıqlamasında universitetin tədqiqat yönümlü inkişaf strategiyasının bəhrə verdiyini bildirərək, Kənd Təsərrüfatı və Meşəçilik sahəsində dünyanın ilk 350-si sırasına düşməyin planlı və davamlı elmi siyasətin nəticəsi olduğunu vurğulayıb. O, elmi nəşrlərin sayındakı artım, tədqiqat infrastrukturuna yatırımlar və keyfiyyətli insan kapitalı ilə universitetin qlobal rəqabət gücünü artırdıqlarını qeyd edib”.

Məlumata görə xüsusən də regional inkişaf missiyası ilə uyğun olan bu sahədəki nailiyyətlərin şəhər və ölkə üçün qürur mənbəyi olduğunu deyən rektor, məqsədlərinin bu yüksəlişi bütün elmi sahələrə yayaraq Atatürk Universitetinin beynəlxalq görünürlüğünü daha da artırmaq olduğunu bildirib və uğuru təmin edən bütün akademik heyətə təşəkkür edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.