Press "Enter" to skip to content

Orta aylıq pensiya məbləğində növbəti artım

Son yeniləmə: 14 Aprel 2021 11:38

Bayraqdar.info – Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8 faiz artaraq 1 aprel tarixinə 332 manata çatıb. O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 10,7 faiz çoxdur.

Mission News Theme by Compete Themes.