Press "Enter" to skip to content

Rusiya Federasiyası Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır

Son yeniləmə: 5 İyul 2021 18:39

Bayraqdar.info – Azərbaycan və Rusiya strateji tərəfdaşlardır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda işgüzar səfərdə olan “Roseksimbank” SC İdarə Heyətinin sədri Azər Talıbovla görüşdə deyib. Görüşdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Səməd Qurbanov da iştirak edib.

İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, M.Cabbarov ikitərəfli əlaqələrin əsas hərəkətverici qüvvəsinin dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı etimad və dostluq münasibətləri olduğunu vurğulayıb.

Bildirilib ki, ölkələrimiz arasında nəqliyyat-tranzit, investisiya, sənaye, turizm və s. sahələrdə uğurlu əməkdaşlıq edilir. Rusiya Federasiyası Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ölkəmizin qeyri-neft ixracında ilk yerdədir. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var. “Rusiya İxrac Mərkəzi”, “Roseksimbank” SC ilə əlaqələrin genişləndirilməsi, iki ölkənin biznes dairələri arasında işgüzar səfərlərin təşkili qarşılıqlı ticarətin artırılmasına töhfə verə bilər.

Görüşdə Azərbaycan və Rusiya regionları arasında əlaqələrin, ticari-iqtisadi, investisiya tərəfdaşlığının gücləndirilməsi, “Roseksimbank” SC-nin ölkəmizdə bir sıra layihələrin maliyyələşdirilməsində iştirakı və xarici ticarət maliyyələşməsi alətlərinin səmərəliliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.