Press "Enter" to skip to content

Aqrokadr.az karyera portalının təqdimat mərasimi keçirilib

Bayraqdar.info – Aqrokadr.az karyera portalı işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarını genişləndirəcək.

Kənd təsərrüfatı sahəsində məşğulluq imkanlarının genişləndirilməsi, aqrar sahədə fəaliyyət göstərmək istəyən şəxslərin daha asan iş tapması üçün yeni sayt yaradılıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan aqrokadr.az karyera portalında aqrar sahə üzrə təqdim olunan iş yerləri, işçi axtarışında olan şirkət və müəssisələr barədə məlumatlar yerləşdirilib. Eyni zamanda, işəgötürənlərə karyera portalının “Namizədlər” bölməsində işsiz, eləcə də, işaxtaran şəxslərin təhsil və iş təcrübəsi ilə tanış olmaq imkanı yaradılıb.

Xəbər avqustun 17-də bayraqdar.info-ya KTN-dən verilb.

“KTN və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə tərəfdaşlığı ilə aqrokadr.az karyera portalının onlayn təqdimatı keçirilib.

“Tədbirdə Milli Məclisin üzvləri, KTN, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ASKA Dövlət Aqrar Universitetinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

“Tədbirdə çıxış edənlər portalı aqrar əmək bazarı üzrə işçilərin və işəgötürənlərin faydalana biləcəyi etibarlı və mötəbər karyera məlumat mənbəyi adlandırıblar.

“Türkiyəli sahibkar Bilal Dündar çıxış edərək Azərbaycanın aqrar mütəxəssislərini öz ölkəsində işləməyə dəvət edib, bunun üçün rəhbərlik etdiyi müəssisədə mövcud olan vakansiyaların aqrokadr.az portalında yerləşdirilməsini təklif edib.

“Daha sonra aqrokadr.az saytı ilə bağlı praktiki təqdimat olub. İştirakçılara məlumat verilib ki, portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.