Press "Enter" to skip to content

Dağlıq Şirvan iqtisadi rayonu sahibkarlarıyla onlayn görüş

Bayraqdar.info – Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.Tədbirdə KOB dostları və Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının təmsilçiləri, biznes nümayəndələri iştirak edib.

Bu barədə bayraqdar.info-ya avqustun 19-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.

Onlayn formatda təşkil olunan görüş zamanı Fondun təklif etdiyi güzəştli kreditlər, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyi və subsidiyaların verilməsi barədə ətraflı məlumat verilib. Həmçinin, sahibkarların güzəştli maliyyə vəsaitlərinə çıxışı zamanı qarşılaşdığı məsələlələr müzakirə edilib, onların sualları cavablandırılıb.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondunun təşəbbüsü ilə sahibkarlarla görüşlər növbəti aylarda da davam etdiriləcək.

Mission News Theme by Compete Themes.