Press "Enter" to skip to content

Vüqar İskəndərov: İşğaldan azad edilmiş ərazilərimizi qısa zaman ərzində dirçəldəcəyik

Vüqar İskəndərov

Bayraqdar.info – “30 il ərzində Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal altında saxlayan Ermənistan həmin müddətdə ancaq bu torpaqlarda müharibə cinayətləri törətməklə yadda qaldı. İşğal illərində şəhər və kəndlərimizi yerlə-yeksan edən bədnam qonşumuz bununla da bu topraqlara yad olduğunu, düşmən olduğunu təsdiqlədi. Ancaq artıq həmin torpaqlar öz gerçək sahiblərinə qucaq açıb. Bizlər, bu torpaqların gerçək sahibləri işğaldan azad edilmiş ərazilərimizi qısa zaman ərzində dirçəldəcəyik.”

Bunu bayraqdar.info-ya açıqlamasında Millli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, xarici havadarlarının dəstəyi sayəsində torpaqlarımzı işğal edən Ermənistan 30 il ərzində beynəlxalq birliyi, qəbul edilən qətnamələri saymadı: “Amma düşmənin nə etməsindən asılı olmayaraq, dözüm, səbr, ədalətə inam, həmçinin öz torpağına bağlılıq Azərbaycan xalqını tarixi Qələbəyə gətirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, Ermənistan ordusuna necə deyərlər diz çökdürdü. Məhz bu tarixi Qələbə nəticəsində torpaqlarımız, o cümlədən Şuşa işğaldan azad edildi. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə yenidən qurulan, quruculuq-bərpa işlərinin aparıldığı Şuşamız artıq bir sıra mühüm tədbirlərə ev sahibliyi etməkdədir.”

“Heç şübhəsiz, bu cür tədbirlər davamlı olacaq. Çünki cənab Prezidentin Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışındakı çıxışında bəyan etdiyi kimi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.”

Mission News Theme by Compete Themes.