Press "Enter" to skip to content

Növbəti hərracda 2 dövlət əmlakı özəlləşdirilib

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti hərracda 2 dövlət əmlakı özəlləşdirilib.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, bunlardan biri Lənkəran şəhərində yerləşən kiçik dövlət müəssisəsi, digəri isə “Kürdəmir Kəndkimya” ASC-nin səhm paketidir.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür.

Qeyd edilib ki, hər kəs Xidmətin rəsmi saytından və ya Özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Mission News Theme by Compete Themes.