Press "Enter" to skip to content

AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan)icraçı direktoru Tobias Baumann ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 16-da Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ilk olaraq AHK Azərbaycan nümayəndələrinə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, aktiv məşğulluq tədbirləri, həyata keçirilən yeniliklər və islahatlarla bağlı məlumat verilib. Eyni zamanda birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin, AHK Azərbaycanın fəaliyyəti və bu qurumun Peşə Təhsili sahəsində gördüyü işlər təqdim edilib. Bildirilib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq, şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. 140-dan artıq üzv şirkəti ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır.

Görüşdə iki qurum arasında peşə hazırlığı istiqamətində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub və ilkin razılığa gəlinib.

Mission News Theme by Compete Themes.