Press "Enter" to skip to content

Azərbaycan məhsulları “WorldFood Moscow 2021” sərgisində

Son yeniləmə: 21 Sentyabr 2021 19:03

Bayraqdar.info – Sentyabrın 21-də Moskvada “WorldFood Moscow 2021” sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycan məhsulları da təqdim olunur.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 20-dən çox şirkətinin istehsalı olan məhsullar “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunur. Həmin məhsulların sırasına meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. daxildir.

Qeyd edilib ki, sentyabrın 24-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

Mission News Theme by Compete Themes.