Press "Enter" to skip to content

Nazirlikdə internet provayderləri ilə görüş keçirilib

Bayraqdar.info – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə Azərbaycanda internet xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Xəbər bayraqdar.info-ya Nazirlikdən daxil olub.

Tədbirdə İctimai Şuranın üzvləri, Nazirliyin Aparatının rəhbər şəxsləri, ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları, internet provayderləri, bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin nümayəndələri iştirak ediblər.

“Görüş iştirakçılarına Azərbaycanda internet təminatının yaxşılaşdırılması, istifadəçilər üçün internetin daha əlçatan olması, mövcud infrastrukturun yenilənməsi istiqamətində Nazirlik tərəfindən həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verilib. Müzakirələr zamanı bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin nümayəndələrini maraqlandıran suallara cavab verilib, onların təklifləri dinlənilib.

“Həmçinin, internet xidmətlərinin təminatının daha da yaxşılaşdırılması üçün dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsinin vacibliyi və aspektləri, internet xidmətinin keyfiyyəti və tarifləri müzakirə olunub. İstifadəçilərin dayanıqlı, keyfiyyətli və fasiləsiz internet xidmətləri ilə təmin edilməsi, problemlərın aradan qaldırılmasına çevik reaksiya verilməsinin vacibliyi provayderlərin diqqətinə çatdırılıb”, – deyə Nazirlikdən bildirilib.

Mission News Theme by Compete Themes.