Press "Enter" to skip to content

Robot olimpiadalarının qalibi bayraqdar.info-ya danışdı

Son yeniləmə: 29 Oktyabr 2021 13:29

Bayraqdar.info – Məlum olduğu kimi, Azərbaycanda və dünyada keçirilən IV Robot Olimpiadası artıq işini yekunlaşdırmaq üzrədir. Məktəblilər arasında texnologiya sahəsində inkişafa yönəlik olimpiadanın keçirilməsindən əsas məqsəd məktəblilər arasında texnoloji biliklərin inkişaf etdirilməsi, yeni intellektual səviyyələrin açılmasına yardımçı olmaqdır.

Məhz bu məqsədlə də 24-26 iyul tarixlərində Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin dəstəyi, Robotexnika Mühəndlisliyi Akademiyası və Gənclərin Təlim Peşə və İnkişaf Mərkəzi İB-nin təşkilatçılığı ilə Azərbaycanda IV Robot Olimpiadası keçirlib.

Bayraqdar.info olimpiadanın qalibi S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 7-ci sinif şagirdi Fatimə Rəhimlidən açıqlama alıb.

F.Rəhimlinin sözlərinin görə, əvvəlcə Azərbaycanda keçirilən olimpiadada iştirak edərək 1-ci yeri tutub. Daha sonra ona Dünya Robot Olimpiadasında iştirak hüququ verilib.

“Onlayn olaraq 3 gün davam edən olimpiada 7 kateqoriya üzrə 92 komandanın iştirakı ilə keçirilirdi. Mən çətin kateqoriya hesab edilən “Elementary advanced” kateqoriyası üzrə “Roboking” komandasında 1-ci yerə layiq görüldüm.

“Dünya Robot Olimpiadasında iştirak etmək hüququ qazandım. Oktyabrın 11-dən 17-nə qədər Dünya Robot Olimpiadası 110 ölkə arasında onlayn olimpiada keçirdi. Yarışmanın əsas məqsədi verilmiş missiyada maksimal xalı ən qısa zaman ərzində toplamaq idi. Yarışda Azərbaycann 7 komandası ayrı-ayrı kateqoriyalar üzrə mübarizə aparırdı. Mənim də iştirak etdiyim komanda ilk dəfə Azərbaycanı ilk 10-luğa yüksəltdi”, – deyir Fatimə xanım.

Biz də bu robot olimpiadalarının qalibi olan məktəbli qıza uğurlar arzulayırıq. Bu cür istedadlı yeniyetmə və gənclərlə qürur duyuruq.

Mission News Theme by Compete Themes.