Press "Enter" to skip to content

Əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivi yenilənir

Son yeniləmə: 22 Dekabr 2021 17:34

Bayraqdar.info – “Ümumiyyətlə, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birgə ölkəmizin zəngin mineral–xammal potensialının dayanıqlı iqtisadi inkişafa çevrilməsi istiqamətində fəal iş aparırıq”.

Bunu dekabrın 22-də jurnalistlərə açıqlamasında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən bayraqdar.info-ya verilən məlumaat görə, Z.İbrahimov daha sonra bildirib: “Artıq bir neçə ildir ki, Ekologiya və Təbii Sərvətlərin nazirliyinin dəstəyi ilə ölkə üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsini həyata keçiririk. Layihə çərçivəsində ölkə üzrə əlvan və qara metal filizi yataqları haqqında geoloji məlumatlar beynəlxalq standartlara uyğun qaydada elektronlaşdırılır. Artıq Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanılan məlumatlar, (xəritə, mətn və qrafik əlavələr) elektronlaşdırılıb, beynəlxalq standartlara uyğun olaraq hər bir yataq üzrə məlumat bazası yaradılıb”.
Vurguıanıb ki, görülən işlər yataqların iqtisadi və ekoloji cəhətdən daha effektiv idarəedilməsinə kömək edəcək. Geoloji məlumatların rəqəmsallaşdırılması əlvan və qara metal sənayesinin xarici investorlar üçün cəlbediciliyini artıracaq.

Mission News Theme by Compete Themes.