Press "Enter" to skip to content

Vüqar İskəndərov: Azərbaycanda müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb

Vüqar İskəndərov

Son yeniləmə: 27 Dekabr 2021 14:43

Bayraqdar.info – “44 günlük Vətən müharibəsindən əvvəl olduğu kimi postmühairbə dövreündə ordu quruculuğu prosesi davam edir. Yəni, Azərbaycanda müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, hər zaman prioritet sahə kimi ön sırada tutulan ordu quruculuğu prosesi hazırda da uğurla davam etdirilir: “Bəlli olduğiu kimi postmüharibə dövründə orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Yeni kontraktlar əsasında artıq ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Ümumiyyətlə, həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Bütün bunlar isə cənab Ali baş Komandan İlham Əliyevin ordu quruculuğuna gösətrdiyi xüsusi diqqət və qayğıdan irəli gəlir”.

Deputat deyib ki, müharibədən sonra ordumuz üçün həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, həm də yeni silahlı birləşmələr yaradılır. Elə Hadrutda yeni hərbi hissənin açılması da deyilənlərə daha bir sübutdur: “Bildiyimzi kimi dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər. Cənab Prezidentin də bəyan etdiyi kimi Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır. Çünki Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq”.

V.İskəndərov onu da əlavə edib ki, ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımi standartlara cavab verir: “Həmçinin Azərbaycanda hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindəidir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcək. Bir sözlə, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır”.

 

Mission News Theme by Compete Themes.