Son yeniləmə: 1 Fevral 2022 09:14
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) beynəlxalq əlaqələri genişlənir. Bu arada KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaud Heygi arasında görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, onlayn formatda təşkil olunmuş tanışlıq görüşündə KOBİA-nın və Palatanın fəaliyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda Agentlik və Palata arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Məlumata əsasən görüşdə eləcə də palataya Azərbaycan və İsveçrədən turizm, kənd təsərrüfatı, sənaye, İKT, alternativ enerji, səhiyyə və kimya sahələrində fəaliyyət göstərən şirkətlərin cəlb olunmasına və birgə görüşlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.