Bayraqdar.info – Dövlət əmlakları üzrə geniş seçim və rahat özəlləşdirmə imkanı hərraclarda iştirakçı fəallığını artırır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 1-də keçirilən növbəti hərracda da alıcı aktivliyi müşahidə olunub. Budəfəki hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, özəlləşdirilən nəqliyyat vasitələrinə ümumilikdə 75 sifariş verilib. Sifarişlərin çox olması isə hərracı rəqabətli edib.
Belə ki, buraxılış tarixi 2008-ci il olan “Nissan Urvan” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 6 min 500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 12 min 200 manata yüksəlib. Həmçinin, ilkin start qiyməti 10 min 500 manat olan “Toyota Camry” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 15 min 850 manata özəlləşdirilib.
Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 164 min 900 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.





