Press "Enter" to skip to content

Təlimlər davam edir

Azərbaycan Dövlət Aqrar Universiteti

Son yeniləmə: 3 Fevral 2022 16:56

Bayraqdar.info – Azərbaycan Dövlət Aqrar Universiteti ilə birlikdə baytarlıq sahəsində çalışan əməkdaşlar üçün ixtisasartırma kursları təşkil edilib. Cari ildə ixtisasartırma kurslarına cəlb ediləcək əməkdaşların həm sayı, həm də ixtisaslaşma arealının genişləndirilməsi nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, eyni zamanda 2021-ci il ərzində Nazirliyin beynəlxalq institutlarla da əməkdaşlığı davam etdirilib. Belə ki, 111 nəfər əməkdaş beynəlxalq təlimlərində iştirak edib, 2 nəfər magistr təhsili almaq üçün təqaüd qazanıb və bir çox mütəxəssislərimiz müxtəlif layihələrin icrasında xarici mütəxəssislərlə bərabər fəaliyyət göstəriblər.

“Rəqabət qabiliyyətli kadr bazarının və müasir çağırışların tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə portalı istifadəyə verilib. Aqrar sahə üzrə ixtisaslaşmış elektron mənbənin yaradılması ilə portal işaxtaranların bu sahədə vakansiyalara çıxışının asanlaşdırılmasına və peşəkar kadrların cəlb edilməsinə şərait yaradır.

“Ötən il Nazirlik sistemində çalışan əməkdaşların bilik və bacarıqlarının müasi tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə daxili imtahanlar keçirilib. İlkin mərhələdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin 600-dən artıq əməkdaş imtahanlara cəlb edilib. Cari il imtahanlara Nazirliyin digər əməkdaşlarının da cəlb edilməsi nəzərdə tutulub.

“2021-ci ilin sonunda nazirliyin qurumları arasında təlim və inkişaf ehtiyacları barədə sorğular aparılıb, bu sorğuların nəticələrinə uyğun olaraq 2022-ci il üzrə təlim planı hazırlanıb”, – deyə Nazirlikdən bildirilib.

Mission News Theme by Compete Themes.