Press "Enter" to skip to content

Azərbaycan Dünya İqtisadi Forumunun bir sıra təşəbbüslərində fəal iştirak edir

Son yeniləmə: 23 Fevral 2022 20:29

Bayraqdar.info – Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlıq mövcuddur. Azərbaycan Forumun bir sıra təşəbbüslərində fəal iştirak edir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun ölkəmizdə səfərdə olan Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşündə bildirilib.

İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, görüşdə vurğulanıb ki, dövlət başçısı

Dünya İqtisadi Forumu ilə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət göstərir.

Nazir qeyd edib ki, Dünya İqtisadi Forumu, eləcə də Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlığın uğurlu nəticəsi olaraq, Şəbəkənin Azərbaycan Mərkəzi fəaliyyətə başlayıb. Davamlı və dayanıqlı inkişafın Dördüncü Sənaye İnqilabının (4Sİ) tələbləri ilə sıx əlaqəli olduğunu diqqətə çatdıran nazir Mərkəzin fəaliyyətinin ölkəmizin mütərəqqi texnologiyalaraəsaslanan sürətli inkişaf tempinə nail olmasına, regional rəqəmsal əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Görüşdə 4Sİ texnologiyaları və rəqəmsal iqtisadiyyat haqqında məlumatlılığın artırılmasının, bu sahədə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının önəmi diqqətə çatdırılıb.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende təşkilatın Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib, ölkəmizin inkişafının qlobal çağırışlarla uzlaşdığını vurğulayıb. Qeyd olunub ki, Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması bu sahədə aparıcı ölkələrlə tərəfdaşlığın inkişafına, 4Sİ texnologiyalarının tətbiqinin genişlənməsinə şərait yaradacaq.

Tərəflər Dünya İqtisadi Forumu ilə əlaqələrin gücləndirilməsi, 4Sİ texnologiyaları sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Mission News Theme by Compete Themes.