Press "Enter" to skip to content

Sanki Ankaradan İstanbula getdiyimiz kimi Bakıya gəlirik

Güngör Yavuzaslan və Nadir Azəri

Son yeniləmə: 24 İyun 2022 20:47

Güngör Yavuzaslan: Media sahəsində əməkdaşlığın daha da dərinləşməsi vacibdir

Bayraqdar.info – “Biz uzun illərdir bunu gözlədik. Azərbaycan torpaqları 30 il müddətində işğal altında qaldı. Amma 2020-ci ilin 44 günlük Vətən müharibəsində bu işğala son qoyuldu. Azərbaycanın əldə etdiyi tarixi Zəfər sonrası da dərhal bura gəldik. Bu qələbə sevincini qardaşlarımızla birgə yaşadıq. Yəni bu, mənim tarixi Zəfərdən sonra qardaş Azərbaycana ikinci səfərimdir”.

Bunu bayraqdar.info-ya özəl müsahibəsində qardaş Türkiyənin tanınmış köşə yazarı, Türkçe Konuşan Ülkeler Uluslararası Gazeteciler Derneğinin genel başqanı Güngör Yavuzaslan dedi.

Məlumat üçün bildirək ki, G.Yavuzaslan davamlı olaraq Türkiyədə, o cümlədən dünyada cərəyan edən  proseslərlə bağlı bayraqdar.info-ya özəl dəyərləndirmələr edir.

Qarabağ Zəfərində Azərbaycan və Türkiyə mediasının rolundan bəhs edilib

Beləliklə, iyunun 17-də Bakıda keçirilən “Anadoludan Qarabağa: Türkiyə-Azərbaycan Media Forumu”nda iştirak edən G.Yavuzaslan qısa səfər proqramına baxmayaraq bayraqdar.info-nun suallarını da cavablandırdı.

Tarixi Zəfərdən sonra mühüm işlər görülüb

Azərbaycana hər gəlişində burada bir inkişaf və tərəqqini müşahidə edən müsahibimiz dedi ki, Azərbaycan xalqı bu Zəfərin haqlı qürurunu yaşayır: “Bu tarixi Zəfərdən sonra mühüm işlər görülüb, o cümlədən Qarabağın dirçəldilməsi üçün addımlar atılır. Şuşa mərkəzli bir sinerji formalaşıb. Türkiyədən bu səfərləri çox vacib hesab edir və dəyərləndiririk. Yəni artıq biz sanki Ankaradan İstanbula getdiyimiz kimi Bakıya gəlirik”.

Ortaq staj proqramlarının reallaşdırılması mühümdür

Qarşılıqlı səfərlərin media sahəsində əməkdaşlığın dərinləşməsinə necə təsir etdiyinə gəlincə G.Yavuzaslan bildirdi: “Əvvəla onu deyim ki, hər bir səfər Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının daha da dərinləşməsinə və gələcək əməkdaşlıq üçün yeni imkanların tapılmasına təkan verir. Xüsusilə də çalışdığımız media sahəsində ortaq platformanın yaradılmasına dair anlaşma əldə edilib. Bu çərçivədə iki qardaş ölkənin media təmsilçilərinin qarşılıqlı mübadiləsi, 6 aydan bir azərbaycanlı bir jurnalistin Türkiyədə, türkiyəli bir jurnalistin də Azərbaycanda fəaliyyət göstərməsi, yəni ortaq staj proqramlarının reallaşdırılması mühümdür. Ümumiyyətlə, media sahəsində əməkdaşlığın daha da dərinləşməsi vacibdir”.

Xaricdən sifarişlə qurulan partiyalar erasına son verilir

O da qeyd edilib ki, bunun digər türk dövlətləri arasında da formalaşdırılması üçün davamlı addımlar atılmalıdır: “Mən xüsusilə Özbəkistan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bu sahədə daha dərin inteqrasiyanın olacağını düşünürəm. KKTC zatən Türkiyə və Azərbaycanla bu sahədə ortaq işlər görür. Eyni zamanda Özbəksitanda bu istiqamətdə bir canlanma var. Təbii ki, yaxın gələcəkdə digər türk dövlətləri də bu istiqamətdə fəaliyyətdə yaxından iştirak edəcəklər”.

Yeni media və sosial media günümüzdə çox önəmlidir

“Onu da bildirim ki, dövlət qurumları arasında bu fəaliyyət qurulub. Türk Dövlətləri Təşkilatının nəzdində səmərəli addımlar atılıb. Həm Recep Tayyib Erdoğan, həm də İlham Əliyevin dəstəyindən güc alaraq media sahəsində ortaq platformanın özülü qoyulub. Tezliklə katibliyinin yaranaması üçün də fəaliyyətlər davam etməlidir. Eyni zamanda özəl qurumlar arasında da bu istiqamətdə səmərəli addımların atılması üçün fəaliyyətimizi gücləndirməliyik. Çünki yeni media və sosial media günümüzdə çox önəmlidir”, – deyə G.Yavuzaslan əlavə etdi.

Türkiyə dövlət ağlı ilə idarə edilən bir ölkədir

Onun qənaətinə görə, ilkin olaraq Türkiyə və Azərbaycan arasında yeni media və sosial media ilə bağlı günün tələblərinə cavab verə bilən ortaq işlər görülməlidr: “Türkiyə hazırda internet mediası ilə bağlı bir qanun hazırlayır. Bu təcrübə Azərbaycana da ötürülə biılər. Digər tərəfdən hesab edirəm ki, universitetlərdə ortaq proqramlar təşkil edilə bilər. Çünki bu işdə gənclərə də böyük vəzifə düşür. Yəni gənclər sosial mediada aktiv və ayıq-sayıq olmaldırlar”.

Mission News Theme by Compete Themes.