Press "Enter" to skip to content

Nazir müavini səfirlə görüşüb

Görüş zamanı

Görüşdə Polşa ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya sntyabrın 3-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, görüşdə ölkələrimiz arasında enerji, ticarət, qarşılıqlı investisiyalar, startaplar, biznes missiyaların təşkili və s. sahələrdə, həmçinin Tvinninq layihələri çərçivəsində əlaqələr vuğulanıb, tərəfdaşlığın genişləndirilməsi persperktivləri qeyd edilib: “Bildirilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Polşanın müvafiq qurumları arasında əlaqələrin qurulması, iş adamları arasında biznes forum və işgüzar görüşlərin təşkili, nəqliyyat-tranzit, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə Polşa şirkətlərinin iştirakı, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Tərəflər iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar”.

Mission News Theme by Compete Themes.