Press "Enter" to skip to content

Dünya Bankı ilə turizm müzakirələri

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Dünya Bankının  Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl 

Son yeniləmə: 6 Sentyabr 2022 15:34

BAYRAQDAR MEDİA – Sentyabrın 6-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl arasında görüş keçirlib. Görüşdə Agentliyi ilə DB arasında ölkəmizdə turizmin inkişafına töhfə verəcək layihələr üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Agentlikdən BAYRAQDAR MEDİA-ya bildirilib ki, F.Nağıyev Azərbaycanda son illərdə dövlət tərəfindən turizmin inkişafına göstərilən diqqəti vurğulayaraq bu sahədə həyata keçirilən cari layihələr haqqında məlumat verib: “O, Agentliyinin tabeliyində olan qoruqlarda həyata keçirilən yenidənqurma və bərpa işləri, o cümlədən Qarabağda turizmin dirçəldilməsinə yönəlmiş layihələr haqqında danışaraq bu sahədə beynəlxalq təcrübədən faydalanmağın əhəmiyyətini diqqətə çatdırıb”.

Məlumata əsasən, görüşdə, həmçinin DTA tərəfindən həyata keçirilən layihələrdə əsas məqsədin mədəni irsin qorunub saxlanması ilə turizmyönlü sahibkarlığın inkişafına dəstək vermək, o cümlədən əhalinin gəlirlilik səviyyəsi və rifah halının yüksəldilməsi ilə dayanıqlı və davamlı inkişafa nail olmağın vacibliyi vurğulanıb. Xanım S.Maykl Azərbaycanda turizmin inkişafına dəstək verəcək layihələr üzrə əməkdaşlığa önəm verilməsini qeyd edərək indiyədək tarixi-mədəni irsin qorunması üzrə Bakı və Şəki şəhərlərində Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verib: “O, turizm təhsili, regional turizmin inkişafı, destinasiyaların idarəedilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi və bu kimi sahələr üzrə Dünya Bankının öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib”.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq iqtisadiyyatın mühüm sahələrindən biri kimi turizmin ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində həyata keçirilməsi planlaşdırılan layihə və proqramlar haqqında fikir mübadiləsi aparılıb. Həmçinin turizm biznesi üçün cəlbedici mühitin yaradılması məqsədilə hüquqi-instusional bazanın təşkili, eləcə də Azərbaycanda turizm sahəsində diaqnostik araşdırma sənədlərinin hazırlanması və beynəlxalq təcrübənin tətbiqi baxımından Dünya Bankı tərəfindən mütəxəssis dəstəyinin göstərilməsi məsələsi müzakirə olunub.

 

Mission News Theme by Compete Themes.