Press "Enter" to skip to content

KOBİA-da görüş

Orxan Məmmədov Stiv Allen ilə görüşüb

Son yeniləmə: 6 Sentyabr 2022 16:35

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Asiya İnkişaf Bankının “Cənubi Qafqaz – regional aqro-qida dəyər zəncirinin qiymətləndirilməsi” layihəsinin baş beynəlxalq eksperti Stiv Allen ilə görüşüb.

KOBİA-dan BAYRAQDAR MEDİA-ya bildirilib ki, görüşdə aqrar və qida sektorlarının ölkə iqtisadiyyatının dəyər zəncirində əhəmiyyətli rol oynamaqla yanaşı, KOB-ların fəaliyyəti baxımından da vacib sektorlar olduğu vurğulanıb: “Agentliyin aqrar və qida sektorlarında çalışan KOB-lara göstərdiyi dəstək və xidmətlər diqqətə çatdırılıb, müvafiq layihə çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib”.

 

Mission News Theme by Compete Themes.