Press "Enter" to skip to content

Türkiyənin “CTech” şirkəti ilə görüş

KOBİA-da keçirilən görüş zamanı

Son yeniləmə: 8 Sentyabr 2022 15:54

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “CTech” şirkətinin İdarə Heyətinin üzvü və baş meneceri Cüneyd Fırat ilə görüşüb.

KOBİA-dan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Müdafiə – “ADEX” və Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə – “Securex Caspian” sərgiləri çərçivəsində keçirilən görüşdə investisiya imkanlarına, xarici iş adamlarına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən göstərilən dəstək və xidmətlərə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.