Press "Enter" to skip to content

Yeni laboratoriyalar yaradılacaq

Təlimlər zamanı

Son yeniləmə: 23 Sentyabr 2022 17:01

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” (AzMİ) publik hüquqi şəxs milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində yeni layihəyə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 23-də Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, metrologiya sahəsində ölçmə imkanlarının artırılması məqsədilə həyata keçirilən layihəyə uyğun olaraq, yaradılacaq laboratoriyalarda sənaye və digər sahələrdə dəqiq ölçmələrin əhatə dairəsi genişlənəcək.

Layihə çərçivəsində, həmçinin AZMİ ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu arasında əməkdaşlıq edilir, ixtisaslı kadrların hazırlanması məqsədilə təlimlər keçirilir.

Mission News Theme by Compete Themes.