Press "Enter" to skip to content

Daha 3 “Startap” şəhadətnaməsi

Son yeniləmə: 5 Yanvar 2023 17:34

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 5-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 81-ə çatıb.

Məlumata görə, “Startap” şəhadətnamələri “Recepta” MMC-nin kassa çeklərinin rəqəmsallaşması üzrə platforma, “Too Far Logistics” MMC-nin sürətli kuryer xidməti üçün onlayn platforma, “İntelligent Services And Solutions Company” MMC-nin fasad yuma robotlarının istehsalı və satışı layihələri üçün təqdim edilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar.

Mission News Theme by Compete Themes.