Press "Enter" to skip to content

“Azərsu” ASC-nin abonentlərinin sayı artıb

Son yeniləmə: 17 Yanvar 2023 16:04

BAYRAQDAR MEDİA – 2022-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 3,9 faiz artıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 17-də qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 1 yanvar 2023-cü il tarixinə ölkə üzrə 1 milyon 748 min 832 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb: “Abonentlərin 1 milyon 679 min 880-i və ya 96,1 faizi əhali, 68 min 952-si və ya 3,9 faizi isə qeyri-əhali qrupu abunəçiləridir. İl ərzində abonent sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib”.

Qeyd edilib ki, 1 yanvar 2023-cü il tarixinə “Azərsu” ASC abonentlərinin 88,8 faizi sayğacla təmin olunub: “Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 88,6 faiz, qeyri əhali qrupu üzrə isə 95,6 faiz təşkil edir”.

Mission News Theme by Compete Themes.