Press "Enter" to skip to content

Dünya Bankının nümayəndələri ilə görüş

Görüş zamanı

Son yeniləmə: 30 Yanvar 2023 15:40

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə “İnfrastruktur İdarəetməsinin Qiymətləndirilməsi Çərçivəsinə (InfraGov) mümkün töhfələr” mövzusunda görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 30-da Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə son dövrlərdə həyata keçirilmiş islahatlar, rəqabət və dövlət satınalmaları sahəsində qanunvericiliyə təklif edilmiş dəyişiklik layihələri barədə müzakirələr aparılıb. Həmçinin, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə beynəlxalq standartlara və tələblərə nail olunmasınınsahibkarlığın inkişafına verəcəyi töhfələrdən bəhs olunub.

Qeyd edilib ki, Dünya Bankının təşəbbüsü ilə həyata keçirilən “InfraGov” layihəsi keyfiyyət infrastrukturunun yaxşılaşdırılmasına xidmət edən resurs və metodologiyaların tətbiqini ehtiva edir.

Mission News Theme by Compete Themes.