Press "Enter" to skip to content

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır

Görüş zamanı

Son yeniləmə: 3 Fevral 2023 14:52

Mikayıl Cabbarov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto Fratin ilə görüşüb

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto Fratin ilə görüşüb. İtaliyalı nazir Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak etmək üçün ölkəmizə səfər edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 3-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri iki ölkə arasında əlaqələrin uğurlu inkişafını, dövlət başçılarının səfərlərinin, aparılan danışıqların tərəfdaşlığın gücləndirilməsində mühüm rolunu vurğulayıb: “Qeyd edilib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iqtisadi-ticarət əməkdaşlığımizgenişlənir.Bildirilib ki, qarşılıqlı investisiya fəaliyyətinin gücləndirilməsi ikitərəfli münasibətlərin əsas hədəflərindəndir”.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, İtaliya şirkətləri fəal əməkdaşlığa dəvət olunub.

Tərəflər iqtisadi əlaqələrin inkişaf perspektivləri, energetika sahəsində əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.