Press "Enter" to skip to content

İşçi Qrupunun növbəti iclası

Onlayn iclas zamanı

Son yeniləmə: 16 Fevral 2023 15:03

BAYRAQDAR MEDİA – Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi Qrupunun onlayn formatda növbəti iclası keçirilib.

Xəbər fevralın 16-da  BAYRAQDAR MEDİA-yaİqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilib.

Xəbərdə bildirilib ki, “iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirilmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin icrası ilə bağlı təqdimatı olub, həmçinin İşçi Qrupunun 2022-ci il üçün Fəaliyyət Planı üzrə görülən işlər barədə məlumat verilib”.

Eləcə də cari il üçün icrası nəzərdə tutulan məsələlər, qarşıda duran vəzifələr və son dövrlərdə həyata keçirilən islahatlar, xüsusilə rəqabət və dövlət satınalmaları sahəsində qanunvericilikdə edilən dəyişikliklər layihəsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, iclasda İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Vergi Xidmətinin, Dövlət Statistika Komitəsinin, Mərkəzi Bankın, Dövlət Neft Şirkətinin, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin və digər təşkilatların nümayəndələri iştirak edib.

Sonda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə görüşlərin daha intensiv təşkili barədə qərar qəbul edilib.

Mission News Theme by Compete Themes.