Press "Enter" to skip to content

Bozok Universitetinin Azərbaycan universitetləri ilə əlaqələri ümidvericidir

Gəncədən keçirilən görüşlərdən xatirə fotosu

Son yeniləmə: 31 Mart 2023 19:54

İbrahim Yıldırım: İki qardaş ölkə arasında təhsil sahəsindəki əməkdaşlığa dəstək olmağa davam edəcəyik

BAYRAQDAR MEDİA – Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, xüsusilə də təhsil sahəsində əlaqələr hər keçən gün daha da güclənir. Təbii ki, bu məsələdə dövlət qurumları ilə yanaşı özəl şirkətlər, o cümlədən ayrı-ayrı elm adamları, ziyalılar da davamlı addımlar atırlar. Belə şəxslərdən biri də “Oxford YÖS Kursları”nın müdiri İbrahim Yıldırımdır.

Prof. Dr. Ahmet Karadağ
Prof. Dr. Ahmet Karadağ

Təhsil və mədəniyyət sahəsində müxtəlif tədbirlər həyata keçirmiş, universitetlərdə türk dili və ədəbiyyatından dərslər vermiş, hazırda da qardaş ölkədə ali təhsil almaq istəyən gənclərə xidmət göstərən İ.Yıldırım, eyni zamanda, iki ölkənin universitetləri arasında əməkdaşlığın qurulması istiqamətində davamlı addımlar atır, mühüm fəaliyyət həyata keçirir. Məhz bu fəaliyyətin nəticəsində Yozgat Bozok Universitetinin rektoru Prof. Dr. Ahmet Karadağ 2022-ci ildə Azərbaycana bir neçə səfər etmişdi. Qeyd edək ki, bu səfərlər bir şox görüşlər və əməkdaşlıq haqqında sənədlərin imzalanması ilə yadda qaldı. Bəs görüşlər və imzalanan sənədlər hansı üstünlüklər vəd edir?

Aramızdakı bağlar hər keçən gün daha da güclənir

Həmin sualı cavablandıran İ.Yıldırım öncə, “bir millət olaraq aramızdakı bağların hər keçən gün daha da gücləndiyini böyük qürur hissi ilə müşahidə edirik. İnşallah, bu tarixi yaxınlaşmaya bir az da olsa dəstəyimiz olubsa, bundan qürur duyuruq” deyib.

Bizim kuşak bana göre şanslı bir kuşaktı

Konkret olaraq sualımıza gəlincə, İ.Yıldırım bildirib: “Dəyərli Prof. Dr. Ahmet Karadağ, 2022-ci ildə mövcud olan akademik iş əlaqələrini gücləndirmək məqsədi ilə Azərbaycana müxtəlif ziyarətlər gerçəkləşdirib. Rektor həmin ziyarətlər əsnasında Türkiyədə təhsil almağı planlayan azərbaycanlı gənclərin Bozok Universitetini tanıtdıran və seçim etmələrinə kömək göstərən proqramlarda iştirak edib. Onu da deyim ki, bu səfərlər çərçivəsində keçirilən görüşlərin və imzalanan əməkdaşlıq protokollarının nəticə verməyə başladığı böyük bir məmnuniyyətlə görülməkdədir. Ümumiyyətlə, Prof. Dr. Ahmet Karadağ çox çalışqan, bayraqsevər bir vətənpərvərdir. Onu tanımaq çox xoşdur”.

Azərbaycan Dövlət Pedaqoji Universitetində görüş zamanı
Azərbaycan Dövlət Pedaqoji Universitetində görüş zamanı

Bildirilib ki, səfər zamanı Prof. Dr. Ahmet Karadağ Azərbaycanın ən öndə gedən təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovla görüşüb: “Həmin görüşün nəticəsi olaraq iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq sənədi imzalanıb. Rektor A.Karadağ Azərbaycana səfəri zamanı, həmçinin, ikinci böyük şəhər olan Gəncədə Azərbaycan Aqrar Universitetinə də baş çəkib. Bundan başqa Azərbaycan İlahiyyat İnstitunun (ATİ) rektoru Prof. Aqil Şirinovla görüşən cənab rektor Bakı Avrasya Universitetində (BAU) də olub, bu təhsil ocağı ilə də əməkdaşlıq sənədi imzalanıb. Məlumat üçün bildirim ki, BAU Bozok Universitetinin Azərbaycanda həyata keçirdiyi YÖS və TÖMER imtahanlarına ev sahibliyi edir”.

Birgə layihələr müsbət nəticələr verəcək

“Səfər zamanı ali təhsil ocaqları arasında imzalanan ikitərəfli sənədlər çərçivəsində hansı addımların atıldığına dair suala gəlincə, İ.Yıldırım, “bu çərçivədə ilk addım olaraq BAU ilə işə başlandı. Bozok Universitetinin ekspert təlimçisi BAU-nun müvafiq kadrlarına təlim keçib” deyir.

Prof. Dr. Ahmet Karadağ və Azərbaycan İlahiyyat İnstitunun rektoru Prof. Aqil Şirinov əməkdaşlıq sənədini imzalayarkən
Prof. Dr. Ahmet Karadağ və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Prof. Aqil Şirinov əməkdaşlıq sənədini imzalayarkən

O qeyd edib ki, “həmçinin, ADPU ilə imzalanan sənədə əsasən, bu  iki universitetin müəllimləri arasında “Türkiyə və Azərbaycandakı Beynəlxalq Tələbələr üçün Təhsilin Tənzimlənməsi Proqramının hazırlanması və onun səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda bir layihə başladılıb. Türkiyədə təhsil alan 24 minə yaxın azərbaycanlı gəncin təhsil və sosial həyatlarında daha müvəffəqiyyətli olmaları üçün bu layihənin müsbət nəticələr verəcəyi gözləniləndir. Eyni zamanda Gəncədə Azərbaycan Aqrar Universiteti ilə də bir layihənin icrasına başlanılıb. Bu çərçivədə “İlkin toxum və toxum bankçılığı” sahəsində araşdırma aparılması qərara alınıb. Ayrıca iki universitet arasında buğda sortları ilə bağlı layihə hazırlanıb və TÜBİTAK-a təqdimat üçün hazırlıq işləri aparılır. Azərbaycan İlahiyyat İnstitutu ilə də bir sıra ortaq layihələrin reallaşması nəzərdə tutulub”.

İbrahim Yıldırım: Müstəmləkəçilər təhsildən vasitə kimi istifadə edirdilər

Vəzifələr keçici, xidmətlər qalıcıdır

İ.Yıldırım sonda, “vəzifələr keçici, xidmətlər qalıcıdır. Hər bir lider, hər bir iş adamı, hər bir idarəçi təmsil etdiyi qurumu hərəkətə keçirdiyi ölçüdə bacarıqlıdır. Bunları vurğulamaqla yanaşı, rektor A.Karadağa fədakarlıqlara, Azərbaycan rektorlarına da səmimi yanaşmalarına görə minnətdarlıq edirəm. Bozok Universitetinin Azərbaycan universitetləri ilə əlaqələri ümidvericidir. Qardaşlığımız bu əlaqələr, həmçinin, elmi tədqiqatlar yolu ilə daha da möhkəmlənir və yüksəlir. Lider Grup olaraq, iki qardaş ölkə arasında təhsil sahəsindəki əməkdaşlığa dəstək olmağa davam edəcəyik. Bozok Universiteti dünyaya açıq və böyük hədəfləri olan bir universitedir. Biz də xaricdə təhsil almaq istəyən azərbaycanlı gəncləri təhsil sahəsində təcrübəmizə əsaslanaraq Bozok Üniversitetini seçməyə dəvət edirik. Qeyd edim ki, hazırda bu universitetdə 700-ə yaxın azərbaycanlı təhsil alır. Sonda isə BAYRAQDAR MEDİA olaraq sizlərə təşəkkür etmək istəyirəm. Sayənizdə gözəl işləri ictimaiyyətə çatdırmağa müvəffəq oluruq. Bir “bayraqdar” kimi türk dünyası məsələlərinə həssas yanaşmağınız bizləri qürurlandırır. Səsiniz daha da yüksəkliklərdən eşidilsin” deyib.

Niyə məhz Yozgat Bozok Universiteti seçilməlidir? – CAVAB

Mission News Theme by Compete Themes.