Press "Enter" to skip to content

Türkmənistan, Azərbaycan və Türkiyə arasında saziş təsdiq edilib

Türkmənistan parlamenti

BAYRAQDRA MEDİATürkmənistanın yeddinci çağırış Milli Məclisinin ikinci iclası keçirilib.

Bu barədə Atavatan-Türkmenistan məlumat yayıb.

Məlumata əsasən, deputatlar “Türkmənistan Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi haqqında” Türkmənistan qanun layihəsinə baxıblar.

Bildirilib ki, bu üçtərəfli sazişin əsas məqsədi tərəflər arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı üstünlüklərə əsaslanan ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək, o cümlədən mal və xidmət ticarəti, enerji sektoru, kənd təsərrüfatı, ərzaq, sənaye, kimya sənayesi, nəqliyyat-logistika və digər sahələrdə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsidir.

Türkmənistanın bu sənədi təsdiq etməsi ölkə ilə Azərbaycan və Türkiyə arasında ticarət-iqtisadi əlaqələrin hüquqi əsasını tamamlayacaq, qarşılıqlı maraq doğuran məsələlər üzrə yeni əməkdaşlıq sahələrinin açılmasına, ticarət-iqtisadi əlaqələrin inkişafına kömək edəcək.

Mission News Theme by Compete Themes.