Prof. Dr. Fuat Erdal: Anadolu Universiteti sadəcə Türkiyədə deyil, dünyada 7-dən 77-yə hər kəsə təhsil almaq imkanı verməyi məqsəd qoyan qlobal bir universitetdir
BAYRAQDAR MEDİA – Türkiyənin Anadolu Univeristetinin rektoru Prof. Dr. Fuat Erdalın BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi
Pandemiya dövründə öz təcrübəmizi Türkiyənin digər universitetləri ilə də bölüşdük
-Qloballıqdan söz düşmüşkən, pandemiya insanlardan bir çox şeylər aldı, amma bizə çox şeylər də öyrətdi. Bunlardan biri də onlayın əlaqə, onlayn təhsil idi. Halbuki Anadolu Universiteti onlayn təhsilə illər öncə başlamışdı. Bu baxımdan deyə bilərikmi ki, pandemiya həm də Anadolu Universitetinin açıq öyrətim və onlayn təhsil məsələsində nə qədər haqlı olduğunu, belə demək mümkünsə, zamanı qabaqladığını təsdiqlədi?
Bəli. Çünki pandemiyaya dünyanın bir çox irəlidə olan təhsil ocaqları hazırlıqsız yaxalandı. Dünyanı bürüyəcək belə bir xəstəlik öncədən gözlənmədiyi üçün onlayn təhsilə hamı hazır deyildi.

Anadolu Universiteti isə bundan zərərli çıxmadı. Çünki 40 ildir biz, uzaqdan təhsillə tələbələrə tədris veririk. Eyni zamanda bakalavrla yanaşı, mağistr təhsilində də uzaqdan təhsil üzrə çoxlu sayda dünya üzrə tələbələrimiz var. Bu baxımdan sizin dediyinizi təsdiqləmək olar. Yəni Anadolu Universiteti zamanı qabaqlamış, gələcəyi öncədən görmüş olduğunu ortaya qoydu. Biz pandemiya dövründə öz təcrübəmizi Türkiyənin digər universitetləri ilə də bölüşdük. Hazırda da bu istiqamətdə fəaliyyətimiz davam edir, hər keçən gün daha da inkişaf edirik.
-Uğur nərdivanında hər yeni bir pilləyə qədəm qoyarkən növbəti pilə üçün plan hazırlanır. Bu baxımdan növbəti pillə üçün nə düşünürsünüz?
Bu bir həqiqətdir ki, müasir nəsillər görərək, eşidərək öyrənməyi, oxuyaraq öyrənməkdən daha çox mənimsəyir və arzulayırlar. Bu baxımdan bizlər də onların maraqlarına uyğun olaraq universitetləri adaptasiya etməliyik.

Hazırda Anadolu Universitetinin güclü bir Ar-Ge və İnnovasiya Koordinasiya Bölməsi var. Ar-Ge və İnnovasiya Koordinasiya Mərkəzi (ARINKOM), Anadolu Universitetini Ar-Ge və innovasiyalar vasitəsilə milli və beynəlxalq arenada digər universitetlərlə rəqabətədavamlı etmək, bilik istehsal etmək və istehsal olunan bilikləri iqtisadi və sosial faydalara çevrilməsi üçün universitet-sektor arasında proaktiv yanaşma ilə çalışan və lazım gəldikdə fərdiləşdirilmiş xidmət göstərə bilən interfeysdir. ARINKOM 13 Mart 2013-cü ildə qurulmuşdur və Anadolu Universitetinin Texnologiya Transfer Ofisi olaraq fəaliyyətini artan müvəffəqiyyətlə davam etdirir.

İmtahan ölçmə və qiymətləndirmə mərkəzimiz var. Dolayısı ilə biz istər ənənəvi, istərsə də uzaqda tədris prosesində müasir taktika və proqramalırn tətbiqi ilə irəliyə doğru addımlayırıq.
Son üç ildir əlaqələrimiz yüksələn xətlə inkişaf edir
-Anadolu Universitetinin Azərbaycanla təhsil sahəsində əməkdaşlıqları hansı səviyyədədir?
-Son üç ildir bu sahədə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Mənim rektorluğum dövründə bu sahəni sürətləndirdik. Biz bütün türk cümhiryyətləri ilə əlaqələrin genişlənməsində maraqlıyıq. Amma Azərbaycanın özəl yeri var. Çünki bir millət iki dövlət dediyimiz qardaş Azərbaycanla təhsil sahəsində əlaqələri daha da dərinləşdirmək üçün hər zaman müvafiq addımlar atdıq və atmaqda davam edirik.

Eyni zamanda açıq təhsil sahəsində təcrübəmizi azərbaycanlı qardaşlarımızla, universitetlərlə bölüşməyə çalışırıq. Son üç ildə kampus təhsili və ikili diplom proqramları çərçivəsində mühüm yol qət etmişik. Məsələn Azərbaycan Dövlət İqtisad Universiteti ilə əlaqələrimizi sürətləndirdik. İkili diplom baxımından mühüm addımlar atdıq.
Azərbaycanlı tələbələrimizi çox sevirik
-Səhf etmirəmsə Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyi (TÜRKÜNİB) çərçivəsində dəəməkdaşlıq mövcuddur…
-Bəli, TÜRKNİB çərçivəsində də Azərbaycan universitetləri ilə gözəl işbirliyi qurmuşuq. Yəqin ki, bu qurumun növbəti toplantısı çərçivəsində bir neçə aydan sonra Bakıda yenidən bir araya gələcəyik. Həmçinin bir çox Azərbaycan universitetləri ilə müəllim və tələbə mübadiləsinə dair müqavilələr imzalamışıq. TÜRKÜNİB də Avropanın Erasmus proqramı kimi “Orhun” proqramını daha da aktivləşdirmək istəyirik.

Hazırda TÜRKÜNİB-in dönəm başqanı Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovdur. Ə.Muradov Səmərqənddəki toplantımızda “Orhun”un rəqəmsal anlamda canlandırılması, həm də TÜRKÜNİB-in vebsaytının canlandırılması ilə bağlı bizə görəv verdi. Buna görə də Anadolu Universiteti olaraq biz hazırda TÜRKÜNİB daxilində o proqramlsrı canlandırmaq üçün fəal şəkildə işləyirik.
-Rektor kimi bir yana, bir müəllim kimi azərbaycanlı tələbələrdə nəyi dəyərləndirirsiniz?
-Azərbaycanlı tələbələrimizi çox sevirik. Zatən keçən ilə qədər ənənəvi təhsildə xarici tələbələr arasında azərbaycanllar ilk sırada idilər. Bizim yüzə yaxın ölkdən xarici tələbəmiz var. Amma azərbaycanlıların bir başqa yeri var. Onların ən çox sevdiyimiz tərəfi çox həvəslidirlər. Türkiyədə təhsil almaqdan çox qürur duyurlar. Zatən mədəniyyətimiz və dilimiz də ortaqdır.

Ona görə burada özlərini yad hiss etmirlər. Bura onlarn doğma vətənləri kimidir. Müəllimlərimzi də onları çox sevirlər. Onlar da bizi çox sevirlər.













