BAYARQDAR MEDİA – Dövlət Vergi Xidməti (DVX) tərəfindən Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Bu barədə DVX-dən məlumat verilib.
Bildirilib ki, “indiyədək ölkə ərazisində 91.889 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb”. Məlumata əsasən, 2023-cü ilin yanvar-iyul ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12,3 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz çoxdur.





