Press "Enter" to skip to content

İlk dəfə Musiqi forumu keçiriləcək

Musiqi forumu

BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə bildirilir ki, ”Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində 29-31 oktyabr tarixlərində gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Milli Konservatoriya, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq. Oktyabrın 29-da “Gülüstan” Sarayında tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi keçiriləcək”.

Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq.

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.

Qeyd edək ki, forumda iştirak etmək istəyən şəxslər 26 oktyabradək onlayn müraciət forması vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Mission News Theme by Compete Themes.