Press "Enter" to skip to content

170 layihənin reallaşdırılması planlaşdırılır

Qazaxıstanın Baş naziri Əlixan Smailov

BAYRAQDAR MEDİA – “Sənayeləşdirmə xəritəsi çərçivəsində bu il yeyinti sənayesi, tikinti sənayesi, maşınqayırma, metallurgiya və digər sənaye sahələrində 170 layihənin reallaşdırılması planlaşdırılır. Bu, 12,5 minə yaxın daimi iş yerinin yaradılmasına imkan verəcək”.

Veçernıy Bişkek xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov bildirib.

Onun sözlərinə görə, hazırda bir sıra prioritet istiqamətlər üzrə yüksək əlavə dəyərli klasterlərin yaradılması üzrə iri layihələrin siyahısı hazırlanır: “Məsələn, neft, qaz və kömür kimyası, dərin metal emalı, uran sənayesi, maşınqayırma, avtomobil komponentlərinin istehsalı, gübrələr və s. Bu iş daxili resurslardan maksimum istifadəni, eləcə də off-take müqavilələrinin potensialını təmin edəcəkdir. Butadien və polietilenin istehsalı üzrə layihələr icra mərhələsindədir”.

Baş nazir qeyd edib ki, Beynəlxalq Neft-Qaz Mühəndisliyinin İnkişafı Mərkəzi beynəlxalq şirkətlərin istehsalının lokallaşdırılması və texnologiya transferi üzərində işləyir: “Xüsusilə, qaz detektorları, nasoslar və təzyiq sensorlarının istehsalı üzrə artıq bir neçə yeni layihə tətbiq edilib”.

Mission News Theme by Compete Themes.