BAYRAQDAR MEDİA – Ukrayna 100-cü ildönümünü qeyd edən Türkiyə Cümhuriyyətini xüsusi təbrik edib.
Cümhuriyyət şənliklərində Ukraynanın paytaxtı Kiyevdə yaşayan uşaqlarla yanaşı Türkiyənin Eskişehir, Antalya və Ankara şəhərlərində yaşayan yetim ukraynalı uşaqlar da mahnılar səsləndiriblər.
Kirim Haber Ajansının məlumatına görə, müharibə başlayandan bəri həyatda qalmaq üçün mübarizə aparan, Ukraynanın birinci xanımı Olena Zelenska və Türkiyənin birinci xanımı Eminə Erdoğanın təşəbbüsləri ilə Türkiyəyə gətirilən yetim ukraynalı uşaqlar da bayramı müşayiət edib.
Ukraynalı uşaqlar “Biz uşaqlar vətən üçün həmişə bir yerdə olacağıq” sözlərindən ibarət mahnı ifa edib.
Videonu Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar sosial media hesabında paylaşıb. O, “Yaşasın Türkiyə Cümhuriyyəti! Yaşasın Ukrayna-Türkiyə dostluğu! Ukraynalı uşaqların bayram sevinci”, – deyə yazıb.
Yaşasın Türkiye Cumhuriyeti!
Yaşasın Ukrayna-Türkiye dostluğu!Ukraynalı çocukların Cumhuriyet sevinci🇺🇦🇹🇷 pic.twitter.com/TPRzmwys6l
— Vasyl Bodnar (@VasylBodnar) October 29, 2023