Press "Enter" to skip to content

111 kilometrdən çox kanal və çay məcraları lildən təmizlənib

Astara rayonu ərazisində, ümumilikdə, 111,5 kilometr kanal və çay məcralarında lildən təmizlənmə işləri aparılıb

Son yeniləmə: 4 Dekabr 2023 15:37

BAYRAQDAR MEDİA – 2023-cü ilin əvvəlindən başlayaraq Astara rayonu ərazisində, ümumilikdə, 111,5 kilometr kanal və çay məcralarında lildən təmizlənmə işləri aparılıb. O cümlədən kollektorda 8600 metr, sel ötürücü və su ötürücü kanallardan isə 91800 metr kanallar lil və palçıqdan təmizlənib. Bunun da 61200 metri idarənin gücü hesabına həyata keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 4-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Qeyd edilib ki, 2023-cü il ərzində Astara çayında 1200 metr məsafədə sahilbərkitmə işləri həyata keçirilib və işlər hazırda da davam etdirilir: “Fermerlər də görülən işlərdən çox razıdırlar. Fermer Teymur Rəcəbov deyir ki, 50 hektardan çox buğda, arpa, vələmir, yonca və qarğıdalı əkini aparıb. Əkin sahələrinin vaxtında suvarılması nəticəsində yüksək məhsul əldə edəcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Astara rayonu ərazisində yerləşən yerli idarəsinin balansında 4519 hektar suvarılan sahə, 295 kilometr açıq kanal və 446 kilometr qapalı şəbəkə mövcuddur”.

Mission News Theme by Compete Themes.