Press "Enter" to skip to content

Bir milyondan çox vergi xidməti göstərilib

BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-noyabr ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 591min 630 şəxs qəbul edilib və onlara 1 milyon 39 min 162 sayda xidmət göstərilib.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, “bunlardan 287 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 239 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 88,2 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib”.

Məlumata görə, 2023-cü ilin yanvar-noyabr ayları ərzində vergiödəyicilərindən daxil olmuş 27 minə yaxın yazılı müraciət cavablandırılıb: “Onlara 10 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 590 minədək SMS göndərilib. Dövr ərzində 2 min 982 vergiödəyicisinin iştirakı ilə 263 görüş keçirilib, 4721 vergiödəyicisinə ünvanlı xidmət göstərilib”.

Mission News Theme by Compete Themes.