Son yeniləmə: 22 Fevral 2024 10:46
BAYRAQDAR MEDİA – Bolqarıstanln Baş nazirin müavini və xarici işlər naziri Mariya Qabriel Brüsseldə keçirilən AB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “iclasda Orta Doğudakı vəziyyət, Rusiyanın Ukraynaya təcavüzü və Saheldəki vəziyyət müzakirə edilib. Baş nazirin müavini M.Gabriel Qəzzadakı müharibə ilə bağlı “Bolqarıstan iki dövlətli həlli dəstəkləyir. Hər iki tərəfin təhlükəsizliyinə zəmanət verən razılaşmanın olması vacibdir” deyib”.
Məlumata görə, nazir, həmçinin “Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ərəfəsində biz bir daha Ukrayna ilə birgə səy və həmrəylik mesajı verdik. Ukraynaya dəstək Qara dəniz regionunun və Avropanın təhlükəsizliyinə strateji sərmayədir” deyə qeyd edib.
M.Qabriel iclasda həmkarlarını apreldə Sofiyada keçiriləcək Qara dəniz regionunun təhlükəsizliyinə dair konfrans haqqında da məlumatlandırıb.