Press "Enter" to skip to content

Yanvar-fevral ayları üzrə bir milyon tondan çox neft emal edilib

Neft buruqları

Son yeniləmə: 12 Mart 2024 16:30

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-fevral ayları üzrə ölkədə 4,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “neft hasilatının 2,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in, 96 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib. İki ay ərzində 3,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,4 milyon tonu konsorsiumun, 0,5milyontonuisə SOCAR-ın payına düşüb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2024-cü il tarixinədək 632,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 587,5 milyon ton neft, “Şahdəniz”dən isə 45,2 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 mart 2024-cü il tarixinədək 630,7 milyon tonu ixraca nəql edilib”.

2024-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon tona yaxın təşkil edib.

Mission News Theme by Compete Themes.