Press "Enter" to skip to content

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında görülən işlərlə tanışlıq

Hidroqovşaqlarda görülən işlərlə tanışlıq

Son yeniləmə: 14 Mart 2024 17:05

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Cəbrayıl rayonunda Araz çayı üzərindəinşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyndən məlumat verilib.

Bildirilib ki, “nazir “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşIıq haqqında” Sazişə uyğun olaraq həyata keçirilən hidroqovşaqlar və su elektrik stansiyaları layihəsi üzrə görülən işlərlə tanış olub. 1,612 mln. kubmetr su tutumu olan “Xudafərin” və 56.75 mln. kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqlarına aid tikilmiş bəndlər barədə məlumat verilib. Hər iki hidroqovşaqda işlərin 96%-nin yekunlaşdığı bildirilib”.

Məlumata görə, hidroqovşaqlar üzrə qalan işlər nəzərdən keçirilib: “Prosesin sürətləndirilməsi üçün mövcud imkanlar dəyərləndirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin su elektrik stansiyalarının inşası ilə bağlı məsələlərə də toxunulub. Qeyd edək ki, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsindəillik 358 mln. kVt•st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək”.

Mission News Theme by Compete Themes.