Press "Enter" to skip to content

Azərbaycanlı alim daha bir uğura imza atıb

Ruhəngiz Əliyeva

BAYRAQDAR MEDİA – Pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, BAYRAQDAR MEDİA-nın dostu Ruhəngiz Əliyevanın elmi uğurları barədə bundan öncə də məlumat vermişdik.

Azərbaycanlı alimin uğuru

Bu yaxınlarda isə Ruhəngiz xanımın daha bir, özü də dünya miqyaslı uğura imza atdığı xəbərini aldıq.

Məlumata görə, R.Əliyevanın “Məmməd Səid Ordubadinin maarifçilik ideyaları” adlı dissertasiyası və monoqrafiyası Dünya Elmetrik Rəqəmsal Bazaya daxil olub.

Ruhəngiz Əliyeva elmi işi bu bazaya daxil olan iki-üç naxçıvanlı alimdən biridir
Ruhəngiz Əliyeva elmi işi bu bazaya daxil olan iki-üç naxçıvanlı alimdən biridir

Qeyd edək ki, bu, R.Əliyeva üçün ikiqat uğur sayılmalıdır.

Əvvəla ona görə ki, onun elmi işi dünyadakı nüfuzlu elmi bazaya daxil olub. İkincisi isə Ruhəngiz Əliyeva elmi işi bu bazaya daxil olan iki-üç naxçıvanlı alimdən biridir.

Mission News Theme by Compete Themes.