Press "Enter" to skip to content

Denizlidə otlaqların yaxşılaşdırılması işlərinə başlanılıb

Denizli

Son yeniləmə: 28 Mart 2024 14:44

BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi 9 ilçede 9 min dekar sahədə otlaqlsrın yaxşılaşdırma işlərinə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bələdiyyədən məlumat verilib.

Bildirilib ki, Bələdiyyə sədri Osman Zolan istehsalçıların yem xərclərini azaldacaq layihə ilə 3 il ərzində 27,350 dekar sahədə otlaq sahələrini yaxşılaşdırdıqlarını qeyd edib: “Denizli Böyükşəhər Bələdiyyəsi, heyvandarlıq istehsalçılarının yem xərclərini azaltmaq üçün böyük əhəmiyyət kəsb edən otlaqların yaxşılaşdırma işlərini bu il də davam etdirir. 2022-ci ildə 4 rayonda 6 min 350 dekar, 2023-cü ildə 11 rayonda 12 min dekar sahədə otlaq yaxşılaşdırma işləri aparan Denizli Böyükşəhər Bələdiyyəsi bu il 9 rayonda 9 min dekar sahədə meliorasiya işlərinə başlayıb”.

Osman Zolan istehsalçıların 3 ildir həyata keçirdikləri otlaqların yaxşılaşdırılması layihəsindən çox məmnun olduqlarını söyləyib. O, vətəndaşların xahişi ilə layihəni bu il də davam etdirdiklərini bildirib: “Denizli Böyükşəhər Bələdiyyəsi olaraq istehsalçılarımızın yanında olmağa və bütün imkanlarımızla onlara dəstək olmağa davam edirik. Çünki bizim istehsalçılarımız nə qədər çox qazanırsa, Denizlimiz də o qədər çox qazanır. Bu da vətəndaşlarımızın daha keyfiyyətli, daha ucuz və təhlükəsiz məhsullara çıxışı deməkdir. Layihəmizdə əməyi keçən hər kəsə təşəkkür etmək istərdim”.

Mission News Theme by Compete Themes.