Press "Enter" to skip to content

Texniki Komitə yaradılıb

Son yeniləmə: 29 Mart 2024 16:18

BAYRAQDAR MEDİA – “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK46) yaradılıb, əsasnaməsi və strukturu təsdiq edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Texniki Komitə elektrik enerjisi bazarında rəqabət mühitinin formalaşdırılması, elektroenergetika subyektlərinin effektiv fəaliyyətinin təmin edilməsi, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinin təmin edilməsi kimi sahələrdə normativ sənədlər bazasının yaradılmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədi daşıyır”.

Məlumata görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindəntəsis edilmişTexniki Komitəyə sədrlik və katibliyin fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilir.

Mission News Theme by Compete Themes.